19 C
Baku
Friday, October 4, 2024

Fransanın baş naziri: Büdcə kəsiri ilə bağlı vəziyyət son dərəcə ağırdır

Fransada dövlət büdcəsinin kəsiri səbəbindən vəziyyət ağır olaraq qalır.

Bu barədə “France Presse” agentliyi ölkənin baş naziri Mişel Barnyeyə istinadən məlumat yayıb.

“Ölkədə büdcə ilə bağlı vəziyyət çox ciddidir. Mən onun real vəziyyətini qiymətləndirmək üçün hökumətdən hərtərəfli məlumat tələb etdim. Bu vəziyyət kiçik bəyanatlar deyil, böyük addımlar və məsuliyyət tələb edir”, – o bildirib.

M.Barnye qeyd edib ki, onun məqsədi inkişaf yoluna qayıtmaq və fransızların həyat səviyyəsini yaxşılaşdırmaqdır.

Bu arada “Parisien” nəşri xəbər verib ki, baş nazir ölkədə vergilərin artırılması, o cümlədən sərvət vergisinin tətbiqi imkanlarını araşdırır.

Fransa Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə büdcə kəsiri 5,6 faiz təşkil edə bilər. Beləliklə, bu rəqəmin daha əvvəl elan olunmuş 5,1 faiz səviyyəsində saxlanılması üçün sərt qənaət tədbirləri görülməli və daha 16 milyard avro məbləğində vəsait təmin edilməlidir.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər