14:35
Fransa Prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib.
Bu barədə “Agence France-Presse” məlumat yayıb.
Qeyd edək ki, Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib. Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra bu qərara gəlib: “Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”.
***
08:47
Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini açıqlayıb.
Onun çıxışını BFMTV yayımlayacaq.
“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələrindən sonra deyib.
Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.