18 C
Baku
Friday, November 22, 2024

Fransanın baş naziri ölkədə yüksək maliyyə böhranı riski barədə xəbərdarlıq edib

Fransada maliyyə böhranı riski yüksəkdir.

Bu barədə BFMTV baş nazir Mişel Barnyeyə istinadən məlumat verir.

“Biz birbaşa maliyyə böhranına doğru gedirik, bunun qarşısını almaq lazımdır”, – o bildirib.

Baş nazir gələn ilin büdcəsində 60 milyard avroya qənaətlə bağlı təklif etdiyi tədbirləri belə izah edib. Bu məbləğdən 40 milyard avronun büdcə xərclərinin azaldılması, daha 20 milyard avronun isə əlavə vergilər hesabına təmin edilməsi nəzərdə tutulur.

Bu tədbirlər bir və ya iki il müddətinə tətbiq edilir.

Hökumətdə hesab edirlər ki, ümumilikdə iri şirkətlər və fiziki şəxslər üçün vergilərin artırılması büdcəyə təxminən 20 milyard avro məbləğində vəsait cəlb etməyə imkan verəcək.

Fransa hökuməti həmçinin gələn il müxtəlif nazirliklər və yerli hakimiyyət orqanlarının xərclərinin, eləcə də sosial təminat proqramının büdcəsinin azaldılması hesabına büdcəyə əhəmiyyətli qənaətə nail olmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər