9 C
Baku
Monday, November 18, 2024

Fransanın beş bankı vergidən yayındıqlarına görə €1 mlrd. cərimələnəcək

Fransa bankları “Societe Generale”, “BNP Paribas” və onun törəmə şirkəti “Exane”, o cümlədən “HSBC”, “Natixis” və “BNP” dividendlərin ödənilməsi ilə bağlı vergi fırıldaqları və çirkli pulların yuyulması ilə bağlı aparılan araşdırmalar çərçivəsində ümumilikdə 1 milyard avro məbləğində cərimələnəcək. Dünən, martın 28-də həmin banklarda axtarış aparılıb. Bu barədə “Bloomberg” məlumat yayıb.

Reydlər “cum-cum” kimi tanınan dividend arbitraj strategiyası ilə əlaqələndirilir: səhmdarlar dividendlər üzrə vergi ödəməmək üçün səhmləri müvəqqəti olaraq xaricdə yerləşən investorlara köçürürdülər.

Fransa polisi Almaniya ilə birgə araşdırma aparır. Burada 16 fransız hakim və 150 ​​müstəntiq, həmçinin Kölndən olan 6 prokuror iştirak edir. Bu, Almaniyada “cum-ex” kimi tanınan oxşar sxemin geniş yayılmış olması ilə əlaqədardır. Sxem satıcılara və səhmlərin benefisiar sahiblərinə yalnız bir dəfə ödənilən dividendlər üzrə vergi güzəştləri tələb etməyə icazə verir.

2019-cu ildə bir treyder, “cum-ex” sxeminin “cum-cum” sxemindən beş-altı dəfə daha sərfəli olduğunu bildirmişdi. Bununla belə, “cum-cum” sxemi xüsusilə banklararası ticarətdə daha çox yayılıb, çünki onun istifadəsi ilə bağlı hüquqi risklər daha azdır. “Cum-ex” sxemi ilə bağlı araşdırma çərçivəsində Almaniya, Böyük Britaniya və Danimarkada mülki və cinayət işləri başlanıb.

Son xəbərlər
Digər xəbərlər