18 C
Baku
Sunday, September 8, 2024

Fransanın dövlət borcu 2027-ci ildə 3.6 trilyon avro təşkil edə bilər

Fransanın dövlət borcu 2027-ci ilə qədər hazırkı 3.1 trilyon avrodan 3.6 trilyon avroya yüksələ bilər.

Bu barədə Hesablama Palatasının rəhbəri Pyer Moskovisi “France Inter” radiostansiyasının efirində məlumat verib.

“Hazırda Fransanın dövlət borcu 3.1 trilyon avro (ümumi daxili məhsulun (ÜDM) təxminən 110 faizi) təşkil edir və 2027-ci ilə qədər bu, 3.6 trilyon avroya çata bilər”, – P.Moskovisi vurğulayıb.

Onun sözlərinə görə, hazırda Fransa dövləti hər il 60 milyard avroya borc ödəyir: “2027-ci ildə bu məbləğ 80 milyard avroya qədər yüksələ bilər. Bu, dövlətin təhsil, ədalət, təhlükəsizlik və ya “yaşıl iqtisadiyyat”a keçid kimi digər sahələri maliyyələşdirmək imkanlarını azaldacaq. Yeni hökumətin əsas vəzifəsi dövlət borcunu azaltmaq olmalıdır. Bu, nə sağçılara, nə də solçulara tapşırılan vəzifə deyil – bu, hər kəs üçün imperativdir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər