Fransanın dövlət katibi Jan-Batist Lemunun Yerevana ikigünlük işgüzar səfəri başlayıb.
“Novosti Armeniya” xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.
Məlumata görə, səfər noyabrın 27-dən 28-dək davam edəcək. Dövlət katibinin özü ilə Fransadan Ermənistana humanitar yardım da gətirəcəyi bildirilib.
Jan-Batist Lemun Ermənistanın Səhiyyə Nazirliyi və iki xəstəxanaya baş çəkəcəyi gözlənilir.
O, Ermənistan rəhbərliyi ilə görüşlər də keçirəcək.