Fransanın silahlı qüvvələr üzrə naziri Bruno Le Mer səlahiyyətlərini baş nazirə təhvil verərək hökuməti dərhal tərk etmək qərarını açıqlayıb.
Bu barədə o, “X” sosial şəbəkəsində məlumat yayıb.
O, hökumətə qoşulmağın yalnız ağır geosiyasi vəziyyət qarşısında məqsədinin Fransaya və fransız xalqına xidmət etmək olduğunu bildirib.
Le Mer verdiyi qərarın bəziləri tərəfindən anlaşılmazlıqla qarşılandığını, yanlış və qeyri-mütənasib reaksiyalara səbəb olduğunu qeyd edərək heç bir fərdi vəziyyətin ölkənin və qurumların normal fəaliyyətinə mane olmamalı olduğunu vurğulayıb.
“Bu şəraitdə mən hökuməti dərhal tərk etmək və Silahlı Qüvvələr naziri vəzifəmi baş nazirə təhvil vermək istəyim barədə respublika prezidentinə məlumat verdim. Respublika prezidenti istefamı qəbul etdi. Ümid edirəm ki, bu qərar Fransaya lazım olan yeni hökumətin formalaşdırılması ilə bağlı müzakirələri bərpa etməyə imkan verəcək”, – o yazıb.