Fransanın neft şirkəti neft dövrünün sonunu proqnozlaşdırdı

Fransanın “Total” neft şirkəti neft dövrünün 2030-cu ildən sonra sona çatacağını proqnozlaşdırıb. Banker.az xəbər verir ki, bu barədə “Bloomberg”ə istinadən “RİA Novosti” məlumat verib.

“Total”ın analitikləri dünyanın tədricən daha çox ekoloji cəhətdən təmiz enerji mənbələrinə, xüsusən də təbii qaza keçəcəyinə əmindirlər. Şirkət yanacağın bu növünün qlobal bazarda əsas rol oynayacağına inanır.

Eyni zamanda 2050-ci ilə qədər elektrik enerjisinə olan tələbat əhəmiyyətli dərəcədə artacaq. O, bəşəriyyətin enerji ehtiyacının 40%-ni ödəyəcək. Qeyd edək ki, hal-hazırda elektrik enerjinin payı 20% təşkil edir.

“Total” şirkəti günəş və külək enerjisinin, o cümlədən elektrik avtomobillər üçün akkumulyatorların inkişaf etdirilməsinə investisiya qoymağı planlaşdırır