17 C
Baku
Saturday, May 18, 2024

Fransanın sabiq iqtisadiyyat naziri seçkilərdə Makrona rəqib oldu

Fransanın sabiq prezidenti Fransua Hollandın dövründə iqtisadiyyat və sənaye naziri olmuş Arnaud Montebourg növbəti seçkilərdə prezidentliyə namizədliyini verəcək.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, o həftənin şənbə günü açıqlayıb. 

A.Montebourg deyib ki, ikinci dəfə seçilmək istəyən Emanuel Makron ölkəyə çəkdirdiyi “ağrılardan” və yenidən seçkilərə qatılan La Penin “təhlükə”sindən ölkəni qaçırmaq istəyir.

58 yaşlı Montebourg 2014-cü ilə qədər Fransua Hollandın dövründə iqtisadiyyat və sənaye naziri kimi çalışmışdı. Həmin dövrdə isə onu prezident vəzifəsindən azad etdikdən sonra, hökumətə qarşı tənqidi fikirləri ilə yadda qalmışdı.

Qeyd edək ki, Fransada prezident seçkiləri gələn ilin aprelində keçirləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər