Fransanın XİN rəhbəri Livana səfər edib

Fransanın xarici işlər naziri Ketrin Kolonna Misirdən sonra Livana yollanıb.

O, bu barədə “X” sosial şəbəkəsində hesabında bildirib.

K.Kolonna qeyd edib ki, Fələstin-İsrail münaqişəsi fonunda bölgədə gərginliyin qarşısının alınmasını müzakirə etməyi planlaşdırır: “Yaxın Şərqə səfərimin üçüncü günündə Beyruta gəlirəm. Problemlər içində olan Livanda mən bütün maraqlı tərəfləri məsuliyyətə cəlb etmək niyyətindəyəm”.

Son xəbərlər
Digər xəbərlər