18 C
Baku
Monday, September 22, 2025

Fransanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

19 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, səfir Sofi Laqutt etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfir Sofi Laquttu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsinin də aparıldığı görüşdə, həmçinin mövcud problemlərə baxmayaraq, qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov həmçinin səfir Sofi Laquttu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Səfir Sofi Laqutt qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək istiqamətində səylərini əsirgəməcəyini diqqətə çatdırıb.

Görüş zaman həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

68cd5fe1d7d2c68cd5fe1d7d2d175828988868cd5fe1d7d2768cd5fe1d7d2a scaled 68cd5fe29777a68cd5fe29777b175828988868cd5fe29777568cd5fe297778 scaled 68cd5fe141b9b68cd5fe141b9c175828988868cd5fe141b9668cd5fe141b99 scaled

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər