“Schneider Electric Middle East Projects” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 117, mənzil C ünvanına bildirə bilərlər.
Bildirək ki, “Schneider Electric Middle East Projects” şirkəti Fransız şirkəti “Schneider Electric SE”-nin regional (Orta Şərq) filialıdır.







