-1 C
Baku
Sunday, December 15, 2024

Fransız bankı sanksiyaları pozduğuna görə 800 milyon dollar cərimə ödəyəcək

Fransanın “Credit Agricole Group” bankı əsasən, 2003-cü ildən 2008-ci ilə qədər ABŞ vasitəsilə Sudan, Kuba və İran kimi ölkələrdən qeyri-qanuni vəsaitin daşınması da daxil olmaqla, sanksiyaları pozduğuna görə 800 milyon dollar həcmində cərimə ödəməyə razılıq verib.

ABŞ-ın Ədliyyə Nazirliyi və digər qurumlarla razılaşma məhkəmə işinin təxirə salınması barədə sazış xarakteri daşıyır və “Credit Agricole” bankından təqsirini boynuna almağı tələb etmir. Sövdələşmədə ABŞ Ədliyyə Nazirliyindən əlavə Maliyyə Nazirliyi, Federal Ehtiyatlar Mərkəzi və Nyu-York maliyyə xidməti idarəsi də iştirak edir.

Xatırladaq ki, ötən il Fransanın “BNP Paribas” bankı da Kuba, Sudan və İrana qarşı sanksiyalar rejimini pozduğuna görə ABŞ-a 8,97 milyard dollar həcmində cərimə ödəməyə razılıq verib.

Əsası XIX əsrdə Fransada regional xalq təsərrüfatı üçün kredit müəssisəsi kimi qoyulan “Credit Agricole Group” hazırda ölkənin ən iri banklarından biridir. Mənzil qərargahı Parisdə yerləşən bankın əməkdaşlarının sayı 85 min nəfəri ötür.

Son xəbərlər
Digər xəbərlər