11 C
Baku
Monday, November 25, 2024

Fransız banklarının 2013-cü il yekunu

Müəllif: Qəni Novruzov. Fransa Franş Komte Universiteti Banking üzrə Magistrı

Fransada ən böyük 4 bank qrupu Credit Agricole, BNP Paribas, Banque Populaire- Caisse d`Epargne və Societe Generale 2013-cü ilin yekununu açıqlayıblar. Bankların hər biri ili ayrılıqda uğurlu tamamladığı görünür.

  • BNP Paribas ötən ilə nəzərən daha az nəticə alsa da 4.8 milyard xalis mənffət əldə edib.
  • Societe Generale ötən illə müqaisədə 3 dəfə yüksək nəticə göstərməklə 2.1 milyard xalis mənfəət nəticəs göstərib .
  • Ötən ilin yekunu neqativ olan Credit Agricole isə 5.4 milyard avro xalis gəlir götürmüşdür.  Belə ki, keçən il yunan Emporiki bankına qoyduğu pullar üzündən birjada 6.5 milyard avro itirmişdi və illik yekun də -3.8 milyard avro olmuşdu. Bu il ən çox gəlir götürən qrupdur.
  • Son 4 ildə sabit nəticələr göstərən BPCE qrupu isə 2.8 milyard avro xalis gəlir əldə etmişdir.

Yeni beynəlxalq standartlara əsasən banklar xalis gəlirlərinin bir qismini ehtiyat şəklində saxlamalıdırlar (Azərbaycan iqtisadi ədəbiyyatında “məcmu kapital” adlanan fondlara əlavə etməlidirlər –Q.N.). Qeyd edim ki, kapitalının sağlamlığı ən yaxşı halda olan fransız bankı BNP Paribas-dır. 91 milyard avro bankın özünün sahib olduğu kapitaldır ki, səhmdarların qoyduğu və mənfəətdən ehtiyata atılan fondlardan ibarədir. Bu ilki mənfəətin təxminən yarısı səhmdarlara dividend şəklində paylanacaq. Qalanı isə yeni investisiyalara və ehtiyatların möhkəmlənməsinə yönələcək. Bu da növbəti illər üçün daha optimist gözlənti yaradır.

Bütövlükdə isə fransız bankları ən yaxşı kapitallaşmış banklardır. Onlar beynəlxalq standartları da üstələyən məcmu kapitala sahibdirlər. Bu baxımdan kapitala bağlı risk göstəricisi bu banklarda aşağıdır. Üstəlik həm qaydalar, həm yerli nizamlayıcı orqanlar bu bankları məcbur edirlər ki, götürdükləri riski azaltsınlar.

Məlumdur ki, az riskli fəaliyyətlər az gəlir gətirir. Bununla birlikdə bu banklar müxtəlif innovasiyların sayəsində kapitalın qazanc gətirənliyini yüksək saxlaya bilirlər. Məsələn,  BNP Paribas 7.7% -lik ROE, yəni “return on equity” (sərmayənin xalis qazancı kimi başa düşülə bilər, bankın xalis mənfəətinin məcmu kapitala nisbətindən alınır) əldə etmişdir. Bu da hazırkı şəraitdə qənaətbəxş göstəricidir.

Qeyd edim ki, 2008 qlobal maliyyə böhranından ən az itki ilə fransız bankları çıxmışdı. Bunun səbəbi, Sarkozi hökumətinin banklarla yaxın əməkdaşlığı idi.

Son xəbərlər
Digər xəbərlər