26 C
Baku
Saturday, July 27, 2024

Fransız deputatlar yenidən karbon vergisinin bərpasını müzakirə ediblər

Fransada müxtəlif siyasi partiyaları təmsil edən 86 deputat karbon vergisinin (əvvəl yanacaq vergisi deyilirdi) “müfəssəl və ədalətli” formada yenidən bərpa edilməsini təklif ediblər.

Deputatlar verginin əvvəl nəzərdə tutulduğu kimi deyil, hazırda aparılan müzakirələrin nəticələrinə uyğun olaraq yenidən bərpasını qeyd edirlər.

Men və Luar departamentindən olan deputat Matyö Orfelən verginin eyni məntiqlə deyil, ümumi fikirlərə uyğun olaraq bərpa edilməsi ilə bağlı təkliflər səsləndirib.

Qeyd edək ki, ölkədə “sarı jiletlər” iki ay əvvəl məhz yanacaq vergisinin artmasına görə etiraz aksiyasına başlayıblar.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər