Fransanın Mədəniyyət Nazirliyi yeniyetmələrin təhsil alması üçün yeni sınağa başlayıb. May ayında hər 18 yaşlı sakinə “Culture Pass” (“Mədəni buraxılış vərəqi”) tətbiqi vasitəsilə 300 avro paylanılıb. Vətəndaşlar bu pulu kinoteatra və muzeylərə getmək, kitab almaq, musiqi dinləmək, o cümlədən sərgilərdə iştirak etmək üçün xərcləyə bilərdilər.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
İndiyə qədər alqı-satqının 75%-i kitabların payına düşüb, onlardan üçdə iksi isə komiks olub.
Bildirilir ki, pullar iki il müddətinə ayrılır. Hal-hazırda “Culture Pass” tətbiqində 8 mindən çox təklif var. Proqramın ilk ili Fransaya təxminən 80 milyon avroya başa gələcək, bunun 80%-ni dövlət ödəyəcək. Gələn il xərclərin iki dəfə artırılması planlaşdırılır. Xatırladaq ki, “Mədəni buraxılış vərəqi” Fransa prezidenti Emmanuel Makronun kampaniya vədlərindən biri olub.
Artıq 2021-ci ilin mayında 600 mindən çox şagird bu proqramı yükləyib. Mütəxəssislərin fikrincə, tətbiq pandemiyadan sonra mədəniyyət sahəsinin bərpasına kömək edəcək.
Bəzi siyasətçilər “Culture Pass” proqramının gəncləri yaradıcılığa həvəsləndirmədiyini və pop-mədəniyyətin inkişafına kömək etdiyini etiraf ediblər.
“Bu təşəbbüs üçün ayrılan büdcənin eksponensional artımı yanlış idarəetmənin sübutudur. Hesablama Palatasının vaxtı gələndə proqramdakı səhvləri üzə çıxaracağına heç bir şübhə yoxdur”, – deyə Fransa Teatr İşçiləri Birliyinin bəyanatında bildirilir.