16 C
Baku
Friday, November 22, 2024

Freddie Mac nədir?

Təkrar ipoteka bazarı 1938-ci ildən 1968-ci il müddətində Fannie Mae dövlət şirkəti tərəfindən inhisarlaşdırılır. 1968-ci ildə federal büdcəyə kömək məqsədi ilə Fannie Mae özəl şirkətə çevrilir. Təkrar ipoteka bazarında rəqabət yaratmaq məqsədi ilə həmçinin yeni özəl Freddie Mac şirkəti də yaradılır.

Freddie Mac şirkətinin ipoteka portfeli 2008-ci ilin 31 mart tarixində 709,8 milyard dollar, şirkət tərəfindən zəmanət verilən qiymətli kağızların həcmi isə 1,44 trilyon dollar təşkil edirdi.

İpoteka böhranı fonunda Freddie Mac şirkətinin səhmləri 2008-ci ilin əvvəlindən həmin ilin iyul ayının ortalarına qədər dəyərini 80% itirmişdir.

7 sentyabr 2008-ci ildə Amerikanın nəhəng ipoteka agentlikləri Fannie Mae və Freddie Mac FHFA (Yaşayış evlərinin maliyyələşdirilməsi ilə bağlı federal agentlik) tərəfindən nəzarətə götürülür. Agentliklərin icraçı direktorları isə istefaya göndərilir.

22 aprel 2009-cu ildə isə Freddie Mac şirkətinin maliyyə direktoru vəzifəsini icra edən 41 yaşlı Devid Kellerman özünə qəsd edir. O “bonus qalmaqalının” içərisində idi. ABŞ rəhbərliyi tərəfindən nüfuz əldə etmiş nəhəng dövlət şirkətlərinin top-menecerləri “ölümcül” 2008-ci ilin yekunlarına əsasən özlərinə iri həcmli bonuslar ödəyirdilər.

Ümumilikdə, Kellerman 800 min dollar həcmində bonus əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər