FT: ABŞ blokadanı aradan qaldırmasa, İran 16 gün ərzində neft hasilatını azaltmalı olacaq

ABŞ-nin dəniz blokadası səbəbindən ixracın pozulması və anbarların dolması halında İran təxminən iki həftə ərzində neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağa məcbur olacaq. Bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Fransanın “Kayrros” ekoloji təşkilatının (peyk görüntüləri də daxil olmaqla neft ehtiyatlarını izləyən qurum) məlumatına görə, İranda neft anbarları 51% doludur. Qəzet yazır ki, ölkə gündə təxminən 1,8 milyon barel neft ixrac edir. 16 gün ərzində hasilat davam edərsə, anbarların doluluq səviyyəsi pandemiya dövründə qeydə alınmış 92 milyon barel rekordunu keçəcək.

FT-nin istinad etdiyi “Energy Aspects” konsaltinq şirkətinin geosiyasi təhlil şöbəsinin rəhbəri Riçard Bronzun sözlərinə görə, son günlər Fars körfəzinə daxil olan tanker gəmiləri İrana nefti onların üzərində yükləyib saxlamağa imkan verəcək. ABŞ ilə münaqişə dövründə Tehran gündə bir və ya iki supertanker yükləyirdi və hər biri gündə 2 milyon barel daşıya bilir. İslam Respublikası gündə 3,6 milyon barel neft hasil edir, bunun yarısı daxili bazara yönəldilir.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı daha əvvəl bildirmişdi ki, 13 apreldən etibarən Hörmüz boğazında İran əleyhinə dəniz blokadası başlayacaq. ABŞ hərbçiləri İran limanlarına doğru hərəkət edən və ya ölkə sahillərindən uzaqlaşmağa çalışan bütün gəmilərin hərəkətini bloklamağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər