6 C
Baku
Monday, December 29, 2025

FT: ABŞ-də süni intellekt startapları 2026-cı ildə sahədə mümkün böhrandan ehtiyatlanaraq $150 milyard cəlb edib

“Financial Times” yazır ki, ABŞ-də süni intellekt sahəsində fəaliyyət göstərən startaplar 2025-ci ildə rekord həcmdə — 150 milyard dollar vəsait cəlb ediblər. Bu, ən son texnologiyalar ətrafında yaranmış ajiotajın zəifləyə biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda baş verib.

Əvvəlki rekord 2021-ci ildə qeydə alınmışdı — həmin vaxt ABŞ-nin ən iri özəl şirkətlərinə 92 milyard dollar sərmayə yatırılmışdı. Nəşrin məlumatına görə, bu maliyyə axını Silikon Vadisinin ən perspektivli startaplarına 2026-cı ildə sahədə mümkün böhran baş verəcəyi təqdirdə özlərini qorumağa imkan verə bilər. Vençur kapitalistləri və ekspertlərin fikrincə, bu vəsaitlər süni intellekt infrastrukturu üçün yüksək xərclərlə bağlı bazarlarda artan narahatlıq səbəbindən investisiya axınının azalmasından startapları sığortalamağa kömək edəcək.

FT-nin məlumatına əsasən, bəzi investorlar startaplara süni intellektin iqtisadiyyatı transformasiya etmə potensialına dair yüksək maraq hələ davam etdiyi müddətdə ehtiyat fondları yaratmağı tövsiyə ediblər.

Son xəbərlər
Digər xəbərlər