FT: Britaniya apreldə investisiya vizalarının verilmə qaydalarını sərtləşdirəcək

Britaniya hakimiyyəti, aprel ayında, mütəşəkkil cinayətkarlığa və krallıqda pulların yuyulmasına qarşı mübarizədə investisiya vizalarının verilməsi qaydalarını sərtləşdirəcək.

Banker.az xəbər verir ki, bu barədə cümə axşamı günü öz saytında The Financial Times (FT) qəzeti yazıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Tier 1 kateqoriyalı investisiya vizası üçün müraciət edən şəxslər iki il müddətində ən azı £2 milyon (2.55 milyon ABŞ dolları) məbləğində vəsait istifadə etdiklərini təsdiqləməli olacaqlar. Əvvəllər bu müddət 90 gün təşkil edib. Əlavə olaraq, “qızıl viza” üçün müraciət edən şəxslər isə Britaniya biznesinə yatırım etməlidirlər. Xatırladaq ki, “qızıl viza” namizədlərə daimi yaşayış icazəsini və gələcəkdə Böyük Britaniyanın pasportunun əldə edilməsi prosedurunu sadələşdirmək imkanını verir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İngiltərədə son 10 il ərzində təxminən 3 min insan bu xidmətdən yararlana bilmişlər. Daimi yaşayış icazəsini almış şəxslərin 60%-i Rusiya və Çin vətəndaşlarıdır. 2018-ci ilin ilk səkkiz ayı ərzində Böyük Britaniyanın immiqrasiya orqanları investorlara 361 viza veriblər.

Nəşr qeyd edir ki, qaydaların sərtləşdirilməsi düşünüləndən “daha təvazökar” olacaqdır. Daxili İşlər Nazirliyi 2015-ci il aprelin 5-ə kimi investisiya vizasını almış 3 min şəxsin yoxlamadan keçirilməsi üçün müstəqil qurumun yaradılmasını tövsiyə etməyəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər