9 C
Baku
Sunday, November 17, 2024

FT: G7 və Aİ Rusiya qaz və neft kəmərlərinin yenidən işə salınmasını qadağan edə bilər

Yeddilik Qrupu (G7) və Aİ ölkələri Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə Rusiya boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.

Bu barədə bazar günü “Financial Times” G7 liderlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniya kimi ölkələrə boru kəməri qazının ixracının bərpasının qarşısını almalıdır.

Moskvanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə faktiki olaraq kəsilib.

Son xəbərlər
Digər xəbərlər