2 C
Baku
Saturday, December 14, 2024

FT: İngilis tənzimləyicisi ‘Goldman Sachs’ı $45 milyon cərimə edib

“Goldman Sachs” bankının London nümayəndəsi Britaniyanın maliyyə tənzimləyicisi tərəfindən, 10 il ərzində 220 milyon funt sterlinqdən çox məbləğdə əməliyyatların aparılması üzrə qeyri-düzgün məlumatlar verdiyinə görə 34,4 milyon funt sterlinq (45 milyon dollar) cərimə olunub. Banker.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti cümə axşamı günü xəbər yayıb.

Nəşrdən əldə edilən məlumata görə, maliyyə nəzarəti üzrə İdarə tərəfindən qoyulan cərimənin miqdarı, bir zamanlar maliyyə-kredit bölmələri ilə əlaqədar hesabat qaydalarının pozulmasına görə yazılmış cərimələrdən ən yüksəyidir. FCA, “Goldman Sachs”ın 2007-ci ildən 2017-ci ilə qədər tamamlanan əməliyyatlar haqqında tam və vaxtında məlumat vermədiyini təyin etdi.

“Goldman Sachs”da, pozuntuların araşdırılmsına görə FCA ilə əməkdaşlıq etməyə razı oldular və bunun sayəsində bank cəriməyə 30% endirim qazandı ki, bu da ən pis halda  49 milyon funt sterlinq ( 64,5 milyon dollar) edirdi.

Son xəbərlər
Digər xəbərlər