24 C
Baku
Saturday, July 5, 2025

FT: İqtisadi böhran səbəbindən AB-də 59 milyon iş yeri təhlükə altındadır

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran səbəbindən Avropa Birliyində (AB) 59 milyona yaxın iş yeri təhlükə altına düşüb.

Banker.az xəbər verir ki, bu barədə “McKinsey and Company” beynəlxalq konsaltinq şirkətinin hesabatına istinadən “Financial Times” məlumat verib.

Mövcud vəziyyət Avropa Bilriyinin özəl sektorunda çalışanların dörddə bir hissəsinə təsir göstərə bilər. Ən böyük zərbə, analitiklərin fikrincə, otel sektoruna dəyəcək.

“McKinsey” in pessimist ssenarisinə görə, yay aylarında koronavirusun yayılmasının qarşısını almaq üçün sərt məhdudiyyətlər tətbiq edən Avropa İttifaqı ölkələrində işsizlik 11,2% artacaq və 2024-cü ilə qədər böhrandan əvvəlki səviyyəyə qayıtmayacaq.

AB-nin bir sıra ölkələri koronavirusla əlaqədar olara tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağa hazırlaşır. Lakin problem ondadır ki, onların “siyasətçilərin belə bir böhranla mübarizə aparmaq üçün təcrübələri yoxdur”.

Son xəbərlər
Digər xəbərlər