10 C
Baku
Thursday, December 12, 2024

FT: İsveçrəli treyderlər BƏƏ-də sanksiyalara rəğmən Rusiya qızılını alırlar

İsveçrəli əmtəə treyderi Əbu-Dabidəki on milyonlarla dollarlıq Rusiya qızılı alıb, hansı ki, bu əməliyyatları törəmə şirkətlərlə etməyi onlara qadağa qoyublar.

Banker.az xəbər verir ki, İsveçrə ötən ilin avqustunda Aİ-nin Rusiya qızılının üçüncü ölkəyə daşınması, “birbaşa və ya dolayı yolla idxalı, alınması və ya köçürülməsi” qadağasını qəbul edib. Bu qadağa Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumuna cavab olaraq tətbiq edilən qərb tədbirləri sırasında idi. Bununla belə, İsveçrə qanunvericiliyində olan bir müddəa şirkətlərinin xaricdəki bölmələrinə “hüquqi cəhətdən müstəqil” olan Rusiya mallarının ticarətinə icazə verir – İsveçrə sanksiyalarının tətbiqi qurumu bu termini müəyyən etməkdən imtina edib.

Financial Times qəzeti Qərbin sanksiyalarında olan belə “boşluqlara” diqqət çəkib.
Bir il əvvəl Abu Dabidə qeydiyyatdan keçmiş və İsveçrə şəhəri Zuqda yerləşən “Open Mineral AG” şirkətinə məxsus olan “Open Mineral Ltd” avqust-yanvar aylarında Birləşmiş Ərəb Əmirliklərinə 44 milyon dollar rus qızılı idxal edib. Bu barədə Financial Times-ın əldə etdiyi və İsverçə tredyderləri tərəfindən təsdiqlənmiş sənədlərə istinadən edilir.

Sənədlər Azad Rusiya Fondu tərəfindən FT-yə təqdim edilmiş Rusiya gömrük bəyannamələrindən istifadə etməklə təsdiqlənib. Yaxın Şərqin əsas ticarət mərkəzi olan BƏƏ özünü neytral mövqe seçmiş ölkə kimi göstəririr. Əbu-Dabi sərvət fondu “Mubadala” tərəfindən dəstəklənən “Open Mineral AG”, “Open Mineral Ltd”nin heç bir qanunu pozmadığını təsdiqləmək üçün bütün lazımi addımları atdığını deyib.

Qəzet deyir ki, bununla “Open Mineral”ı BƏƏ-dəki Rusiya neftini və qızılını almaqla sanksiyalardan yayındırırlar.

Son xəbərlər
Digər xəbərlər