6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

FT: Səudiyyə Ərəbistanı neft istehsalını azaltmağa çağırır

Neft bazarındakı çöküş davam edir. Dünyada yayılan koronavirus sənayeni sarsıdır: epidemiya müəssisələrin bağlanmasına, yanacaq istehlakının və qara qızıla tələbatın azalmasına səbəb olacaqdır.

Banker.az “Vesti.ru”ya istinadən xəbər verir.

Ekspertlər yaxın gələcəkdə OPEC-in mövcud vəziyyətə müdaxilə edəcəyini güman edirlər. Xatırladaq ki, OPEC+ müqaviləsinin iştirakçıları 5-6 mart tarixində keçiriləcək.

OPEC təşkilatının əsas üzvlərindən biri olan Səudiyyə Ərəbistanı neft istehsalını azaltmağa çağırır. “Financial Times” ın verdiyi məlumata görə, Ər-Riyad qara qızıl istehsalını daha bir milyon barel azaltmaq istəyir. Beləliklə, ümumi azalma 3 milyon barel təşkil edəcək.

Səudiyyə Ərəbistanı işin əsas hissəsini öz üzərinə, digər hissəsini isə Rusiya, Küveyt və BƏƏ arasına bölüşdürməyə hazır olduğunu bildirib.

Son xəbərlər
Oxşar xəbərlər