7 C
Baku
Sunday, December 15, 2024

FTB “Huawei” şirkətindən ABŞ-ın nüvə məlumatlarını oğurlamaqda şübhələnir

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Çinin “Huawei” telekommunikasiya şirkətinin avadanlığının ABŞ ordusunun məxfi məlumatlarını, o cümlədən ölkənin nüvə arsenalına aid olan məlumatları ələ keçirmək və Pekinə ötürmək qabiliyyətinə malik olduğunu müəyyən edib.

Vurğulanır ki, 2017-ci ildən federal məmurlar Çinin kritik infrastruktura yaxın ərazilər almasını araşdırır. ABŞ hökumətinin “Çin casuslarının yuvası” hesab etdiyi tanınmış regional konsulluq bağlanıb, mühüm hərbi və hökumət obyektlərinin yaxınlığında dinləmə qurğuları quraşdırmaq cəhdlərinin qarşısı alınıb.

Çin hökuməti ABŞ-a qarşı hər hansı casusluq cəhdlərini rədd edib, lakin istintaqla tanış olan bir çox mənbə CNN-ə bildirib ki, “Huawei” avadanlığının təkcə kommersiya mobil trafikini deyil, həm də ordunun istifadə etdiyi çox məhdud radio dalğalarını ələ keçirməyə qadir olduğuna heç bir şübhə yoxdur və ABŞ Strateji Komandanlığının kritik kommunikasiyalarını pozaraq, Çin hökumətinə ABŞ nüvə arsenalına giriş imkanı verir.

Qeyd edək ki, “Huawei” 2019-cu ildən bəri milli təhlükəsizlik təhdidinə görə ABŞ sanksiyaları altındadır.

Son xəbərlər
Digər xəbərlər