28 C
Baku
Thursday, June 13, 2024

FTX-in keçmiş rəhbəri Çin rəsmilərinə $40 mln. rüşvət verməkdə ittiham olunub

“FTX”in keçmiş baş direktoru Sem Bankman-Frid Çin rəsmilərinə azı 40 milyon dollar rüşvət verməyi təşkil etməkdə ittiham olunur. ABŞ Prokurorluğu ona anti-korrupsiya qanunlarını pozmaq üçün sui-qəsd də daxil olmaqla 13 maddə üzrə yeni ittihamlar irəli sürüb.

Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Federal prokurorların dediyinə görə, Bankmen-Frid ən azı 40 milyon dollar dəyərində kriptovalyutaların Çin rəsmilərinə ötürülməsinə şəxsən nəzarət edib. Prokurorlar iddia edir ki, Bankman-Frid əvvəllər Çin səlahiyyətliləri tərəfindən dondurulmuş “Alameda Research” hesablarının açılmasına kömək etmək üçün onlara rüşvət verib. Məhkəmə sənədlərinə görə, bu hesablarda 1 milyard dollardan çox kriptovalyuta olub.

Bankman-Frid əvvəllər “FTX” rəhbəri kimi fırıldaqçılıqda təqsirli olmadığını etiraf etmişdi. Prokurorlar onun “Alameda” ticarət şirkətinin itkilərini ödəmək üçün müştəri fondlarından milyardlarla dollar oğurladığını iddia edirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər