11 C
Baku
Thursday, November 14, 2024

“FTX” kriptobirjası kreditorlara 3.1 mlrd. ödəyəcək

İflas üçün müraciət edən “FTX” kriptobirjası 50 ən böyük kredotoruna 3 milyard dollardan çox borcu var. “Reuters” məhkəmə materiallarına istinadən yazır ki, məbləğin yarısı 10 əsas kreditora aiddir.

Kriptobirjanın məhkəməyə təqdim etdiyi bəyanatda kreditorların adları göstərilmir. Bununla belə, birjanın ən böyük kreditorlara təxminən 1.45 milyard dollar ödəməli olacağı məlumdur. Ümumilikdə, “FTX”in 1 milyondan çox kreditoru var.

Noyabrın 10-da dünyanın ən böyük kriptovalyuta birjası “Binance”, “FTX” rəqəmsal valyuta mübadiləsi xidmətini almaqdan imtina edib. Şirkətin rəqibin “likvidlik böhranını” örtməyə kömək etmək niyyətində olsa da, lazımi araşdırma və müştəri vəsaitlərinin sui-istifadəçi ilə bağlı hesabatlardan sonra bu ideyadan imtina edib.

Artıq ertəsi gün, noyabrın 11-də “FTX Trading Ltd.”, “Alameda Research” və 130 digər şirkət könüllü şəkildə iflas proseduruna başlayıb.

Bundan sonra “FTX”in yaradıcısı Sem Benkman-Frid müştərilərə məxsus 10 milyard dolları birjadan gizli şəkildə “Alameda Research”a köçürüb. Zərər təxminən 1-2 milyard avro həcmində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər