18 C
Baku
Saturday, May 4, 2024

“FTX” və “Alameda”nın qurucusu çox milyonluq köçürmələri emoji ilə təsdiq edirdi

İflasdan sonra “FTX” kriptovalyuta birjasını idarə edən komanda təsisçi Sem Benkman-Frid tərəfindən maliyyə nəzarəti və mühasibat uçotu haqqında ətraflı hesabat dərc edib. Hesabatdan məlum olub ki, “FTX Group”da maliyyə əməliyyatları “Slack” messencerində yazışmalar şəklində aparılıb, müəyyən ödənişlərin və köçürmələrin təsdiqi isə emojilər vasitəsilə olub, “The Wall Street Journal” sənədə istinadən yazır.

“FTX Group-un uğursuzluğu yeni yaranmaqda olan sənayeyə vurduğu misli görünməmiş zərər miqyasında yeni olsa da, onun əsl səbəbləri məlumdur: təkəbbür, bacarıqsızlıq və xəsislik”, – deyə şirkətin icraçı direktoru Con J. Rey III bildirib.

“Bəzən gözdən qaçırdığımız 50 milyon dollar dəyərində aktivlər tapırıq: həyat budur”, – deyə keçmiş kriptomilyarder yazıb. Benkman-Fridin sözçüsü bununla bağlı şərh verməkdən imtina edib. “FTX Group”da maliyyə əməliyyatları “Slack” mesajlaşma xidməti vasitəsilə həyata keçirilib, köçürmələr isə emoji simvollarından istifadə etməklə təsdiqlənib.

Başqa sözlə desək, kriptobirja on milyonlarla dollar dəyərində köçürmələri təsdiqləmək üçün qeyri-rəsmi mesajlaşma sistemlərindən istifadə edib.

Kriptovalyuta birjası və onunla əlaqəli şirkətlər kripto aktivlərinin təhlükəsizliyini təmin etmək üçün lazımi nəzarətə malik deyildilər. Benkman-Fridin şirkətləri çoxfaktorlu autentifikasiya tətbiq etməyiblər. Hesabatda deyilir ki, onlar, həmçinin, demək olar ki, bütün kriptovalyutaları internetə qoşulmayan pul kisələrində (“soyuq” pul kisələri) saxlayıblar. “FTX” kriptovalyutaları qorumaq üçün kriptoqrafiyada ümumi bir təcrübə olan kriptovalyuta əməliyyatlarını təsdiqləməyi bir neçə nəfərdən tələb etmirdi.

2022-ci ilin əvvəlində 32 milyard dollar dəyərində qiymətləndirilən “FTX” kriptobirjası noyabr ayında çöküb. Noyabrın 11-də onun təsisçisi Benkman-Frid birjanın rəhbəri vəzifəsindən istefa verib. On gün sonra o, Baham adalarından Nyu-Yorka ekstradisiya edilib. Səlahiyyətlilər onu fırıldaq yolu ilə investorlardan 1.8 milyard dollar toplamaqda və “FTX”in fondlarından istifadə etməkdə ittiham ediblər.

Benkman-Frid özü saxtakarlıq və kampaniyanın maliyyələşdirilməsi qanununun pozulması da daxil olmaqla, səkkiz ittihamın heç birinə görə özünü təqsirli bilməyib. O, oktyabrda məhkəmə qarşısına çıxacaq. Sonuncu dəfə “Forbes” 30 yaşlı sahibkarın kapitalını 2022-ci ilin sentyabr ayının sonunda qiymətləndirmişdi – o dövrdə sahibkarın sərvəti təxminən 17.2 milyard dollar idi. Dekabrda “FTX”nin dağılmasından sonra “Forbes”ə görə Benkman-Fridin sərvəti sıfıra enib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər