5.9 C
Baku
Tuesday, March 5, 2024

“FTX”in qurucusu $250 mln. girov müqabilində sərbəst buraxılıb

“FTX” kriptobirjasının qurucusu Sem Benkman-Frid 250 milyon dollar girov müqabilində sərbəst buraxılıb, bu barədə “Bloomberg” yazıb. Məlumata görə, girov Benkman-Fridin Kaliforniya ştatının Palo-Alto şəhərində evindəki payı ilə təmin olunub.

Cümə axşamı “FTX”in 30 yaşlı qurucusu ABŞ-da kriptobirjasının iflası ilə bağlı fırıldaqçılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb. İttiham tərəfinin fikrincə, o, müştəri vəsaitlərini Baham adalarında bahalı ofis sahəsinə və daşınmaz əmlaka xərcləyib, həmçinin onları spekulyativ vençur kapitalı investisiyalarına sərf edib.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“FTX”in həmtəsisçisi Heri Vanq və “Alameda Research”ın eks-rəhbəri Kerolayn Ellisona qarşı da məhkəmə işi başlayıb. Onların hər iksi təqsirli olduqlarını etiraf ediblər.

Dekabrın 12-də Benkman-Frid ABŞ hakimiyyətinin tələbi ilə Baham adalarında saxlanılıb, daha sonra isə ekstradisiya edilib.

Son xəbərlər
Digər xəbərlər