10 C
Baku
Wednesday, December 11, 2024

Fuad Mədətov: “Gələcək planımızda online kredit məsələsi durur”

Elektron hökumət bank sektorunda xüsusi önəm daşıyır. Saxta arayışların qarşısının alınmasında, daha etibarlı arayışların əldə edilməsində bank sektoruna dəstək verir”. Bu sözləri “Bank of Baku” Satış Şöbəsinin rəhbəri Fuad Mədətov bu gün keçirilən “Elektron Hökumət” bülleteni üzrə brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O vurğulayıb ki, bank sektorunda əvvəllər pin loginlərdən istifadə edilirdi. Elektron hökümətin bank sektoruna təsiri ilə artıq banklar daha rahat məlumat ala bilir, müştərilərlə əməkdaşlıq edə bilirik: “Əvvəllər vətəndaşlar banklara müraciət etdikləri vaxt onların məlumat bazaları pin loginlər vasitəsilə saxlanılırdı. Lazım olduğunda is bu pin loginlərə müraciət olunaraq xidmətlərdə istifadə olunurdu. Hazırda isə biz artıq bu çərçivədən çıxaraq insanlara sms-lər vasitəsilə xəbərləri ötürürük. Əlbəttə ki, burada yenə əsas rol oynayan mobil portallardır. Sms-lər vasitəsi ilə yenə login aktivləşdirilir”.

Fuad Mədətov həmçinin qeyd etdi ki, artıq elektron hökümətdən istifadə sistemi Sentyabrda fəaliyyətə başlayıb və nəticə yüksək olub. Gələcəkdə isə online kredit sistemi istifadəyə veriləcək: “Elektron hökümət portalından istifadə sistemini keçən ilin Sentyabr ayında istifadəyə verməyimizə baxmayaraq, artıq 26 min 148 nəfər istifadə edib. Bu rəqəmlər kifayət edir ki, elektron hökümətdə portallardan istifadənin nə qədər böyük perspektiv verdiyini nümayiş etdirilmiş olsun. Gələcək planımızda isə online kredit məsələsi durur. Bütün bunları elektron hökümətin dəstəyi ilə bacaracağımıza əminik”.

SİA

Son xəbərlər
Digər xəbərlər