12 C
Baku
Sunday, October 27, 2024

Funt Mançesterdəki terror aktından sonra ucuzlaşır

Banker.az saytı Financial Times qəzetinə istinadən xəbər verir ki, funt sterlinq ABŞ dollarına münasibətdə 0,1%, yəni 1,2981 dollara qədər ucuzlaşıb.

Bazar ertəsi gecə saatlarında İngiltərədə “Manchester Arena” –da baş verən iki partlayış nəticəsində 20-dən çox insan həlak oldu, 100-dən çox insan isə xəsarət aldı. Qeyd edək ki, partlayış amerikalı müğənni Ariana Grande-nin konserti zamanı kütlə içərisində baş verib.

Çərşənbə axşamı günü isə avro/dollar cütlüyü 1,1233 – 1,1237 dollar səviyyəsində dəyişir. Bu ərəfədə avro 9 noyabrdan bu günə qədər maksimum hesab olunan 1,1246 dollar səvittəsinə qalxdı. Bu isə Almaniya kansleri Angela Merkel-in avronu “çox zəif” adlandırmasından sonra baş verdi.

 

Son xəbərlər
Digər xəbərlər