13 C
Baku
Wednesday, May 8, 2024

Funt sterlinq İngiltərənin Avropa İttifaqından çıxdığı gün bahalaşdı

İngiltərə valyutasının (funt sterlinq) ABŞ dollarına qarşı məzənnəsi ölkənin Aİ-nın tərkibindən çıxdığı gündə bahalaşır. Hal-hazırda milli valyutanın dəyəri 1,3117 dollar təşkil edir.

Banker.az bu barədə”Vectifinance” istinadən xəbər verir.

Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi yanvar ayının 31-də başa çatmalıdır. “Brexit” dən sonrakı keçid mərhələsi 2020-ci ilin dekabr ayına kimi davam edəcək. Bu müddət ərzində Böyük Britaniya və Aİ arasında gələcək ticarət münasibətləri haqqında danışıqlar aparılacaq.

“Brexit” müqaviləsinin şərtlərinə görə, keçid dövrü yalnız bir dəfə uzadıla bilər. Böyük Britaniya müvafiq ərizəni gələn ilin iyulun 1-dək təqdim etməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər