Böyük Britaniyanın iqtisadiyyatı 2022-ci ilin ikinci rübündə gözlənilmədən böyüyüb.
Bu barədə Banker.az ölkənin Milli Statistika İdarəsinə (ONS) istinadən xəbər verir.
İkinci rüb 0.2% böyüməklə proqnoz edilən 0.1%-lik kiçilməni xeyli qabaqlaya bilib.
Ölkə iqtisadiyyatı ilk yarımildə isə illik müqayisədə 4.4% böyüməklə proqnoz edilən 2.9%-lik artım proqnozunu qabaqlaya bilib.
Bu xəbərdən sonra ABŞ dolları qarşısında son 37 ilin minimumuna düşən funt-sterlinq 1.1234 dollara qədər bahalaşıb, lakin sonradan bir qədər ucuzlaşıb.
ONS ölkənin cari hesablarındakı kəsirin 33.8 mlrd. dollar olduğunu açıqlayıb. Birja bunun ikinci rübdə 43.8 mlrd. dollar olacağını özləyirdi.