Fürsətləri əldən vermək qorxusu və bu problemin həlli yolu

Fürsətləri əldən vermək qorxusu və ya FOMO (fear of missing out) adətən narahatlıq hissi kimi təsvir olunur və digər insanların sizsiz yaxşı vaxt keçirə biləcəyini düşündüyünüz zaman meydana gəlir. Çox vaxt FOMO arzuolunmaz davranışa səbəb olur, məsələn, daim sosial şəbəkələrdə aktiv olmaq istəyi (uyğun olmayan şəraitdə belə, məsələn, maşın sürəndə). 

İnsanlar – sosial varlıqlardır. Bizim identliyimiz, inanclarımız və davranışlarımız digər insanlarla girdiyimiz əlaqəyə əsaslanır. Yəqin ki, bizdən əvvəlki nəsillər bu qədər sosiallaşmamışdır. Lakin sosial şəbəkələrin və smartfonların meydana çıxaması, informasiyanın daha əlçatan olmasına gətirib çıxardı. 

Deyirlər ki, İnternetdə heç nə heç vaxt yox olmur, buna baxmayaraq, sosial informasiya zaman keçdikcə köhnəlir və öz əhəmiyyətini itirmiş olur. Məsələn, canlı yayımlar və şəxsi mesajlar. İnsanlar zamanla ayaqlaşa bilmirlər və bu halda FOMO “başını” qaldırmağa başlayır. 

FOMO  kateqoriyaları

FOMO – sadələşdirmədir. Əvvəlki tədqiqatların nəticələrinə görə, FOMO İnternetə çıxış olmadıqda yaranır (siqnalın və ya zaryadkanın olmaması), lakin biz elə düşünmürük. Məsələn, bir insan bir neçə dənə cihazdan və hesabdan istifadə edir, ancaq onların hər birinə bərabər şəkildə vaxt ayıra bilmir. Beləliklə, hər hansısa vacib mesajlar və hadisələr onun nəzərindən qaça bilər. 

Eyni zamanda, kimsə bizim göndərdiyimiz mesajı oxuyub və cavab vermədikdə FOMO meydana gəlir. İnsanlar səhv davrandıqlarını düşünürlər, kifayət qədər mərhəmətli olmadıqları üçün özlərini günahkar hiss etməyə başlayırlar. 

Bundan əlavə, biz bir sıra digər qorxular aşkar etdik, məsələn:

  1. Daha populyar olmaq fürsətini itirmək qorxusu. Bu, kimsə cavab verməyi gecikdirəndə baş verir;
  2. Dəyərli informasiyanı əldən vermək qorxusu;
  3. Sosial qruplardan qovulmaq qorxusu;
  4. Mənfi reaksiyanı təşviq etmək qorxusu;

FOMO çox vaxt stress və narahatlıq, habelə sosial şəbəkədə bir-birimizə qarşı olan münasibət ilə əlaqələndirilir. Məhz bu səbəbdən çoxları sosial şəbəkələri antisosial alət kimi görürlər.

Eyni zamanda, texnologiyaların insanların rifahına necə təsir etməsi ilə bağlı bir sıra suallar vardır, onlar İnternet məkanında fəaliyyəti formalaşdırır və tənzim edir. Misal olaraq Google Digital Wellbeing təşəbbüsünü göstərə bilərik. Bu tətbiq gündəlik istifadə etdiyiniz proqramların və qəbul etdiyiniz bildirişlərin sayını göstərir. 

Digər funksiyalar, məsələn, WhatsApp-da göndərdiyimiz mesajın qarşısında “iki quş” işarəsinin olması, sosial münasinbətlərə həddindən çox əhəmiyyət verməyimizə səbəb olur. 

Sosial-psixoloji tətqiqatların nəticələrinə görə, çox vaxt insanlar başqalarının davranışını yanlış başa düşürlər. Məsələn, mesaj vaxtında oxunmadısa, biz özümüzü lazımsız hesab etməyə başlayırıq. 

Bu problemin həlli yolları

Texnologiyalar mövcud problemləri həm artıra, həm də azalda bilər. FOMO probleminin aşağıdakı həlli yolları var:

 – Prioritetlər elə qurulmalıdır ki, insan yalnız vacib hadisələr haqqında, onun üçün dəyərli olan insanlardan mesaj və bildirişlər alsın;

– Qəbul etdiyimiz informasiyanı “süzmək”. İnsan istənilən zaman sosial şəbəkələrə qayıtmaq imkanına malik olmalıdır, eyni zamanda bildiriş və kontent ağırlığı altında qalmamalıdır. 

– Sosial əlaqə protokolunu yaratmaq. Yəni digər insanlar bilməlidirlər ki, siz istədiyiniz zaman onların mesajını cavablandıra bilərsiniz və onlarla dərhal sosial əlaqəyə girmək məcburiyyətində deyilsiniz.