24 C
Baku
Thursday, July 18, 2024

Füzuli şəhərindən Horadiz və Əhmədbəyliyə marşrut xətti açılacaq

Füzuli şəhərindən Horadiz qəsəbəsinə və Əhmədbəyli kəndinə marşrut xətti istifadəyə veriləcək.

Bu barədə bu gün Füzuli şəhərinə köçürülən sakinləri qarşılama mərasimində Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov bildirib.

Qeyd edilib ki, Füzuliyə köçürülən sakinlərin gündəlik tələbatını ödəmək üçün şəhərdə yeni market istifadəyə verilib. Lakin digər zəruri tələbatları ödəmək, əhalinin şəhərdən kənara gediş-gəlişini təmin etmək üçün Füzuli – Əhmədbəyli, Füzuli – Horadiz marşrutlarının açılması da nəzərdə tutulur.

Marşrutların yaxın zamanda işə düşməsi planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər