19 C
Baku
Sunday, May 19, 2024

Füzulidə “Ağıllı kənd” layihəsi üçün 1 milyon manat ayrıldı

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “RF İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Füzuli rayonu, Dövlətyarlı kəndi ərazisində “Ağıllı kənd” layihəsinin 1-ci mərhələsi üzrə qalıq torpaq həcmlərinin şaquli planlaşdırma” işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 936.085,74 AZN təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər