19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb – FOTO

Screen Shot 2021 09 02 at 14.34.20

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi­sin­də yerlə­şən sərhəd zastavasının xidməti sahəsində dövlət sər­hədi­nin pozulması əlamətləri aşkar edilib, sərhəd zastavası “Silaha” koman­dasına qaldırılaraq ərazi qapadılıb.

DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonu­nun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağla­manı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıblar.

Avtomobil sürücüsünün Moskva şəhər sakini 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəl­lüd­lü Məmiyev Teymur Adil oğlu olmaları müəyyən­ləş­diril­ib, onların götürdükləri bağlamalara keçirilən baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

9dc02fe5 4526 33db a946 b8c710ba98c0

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər