10 C
Baku
Thursday, December 12, 2024

Füzulidə “Dövlətyarlı”, “Aşağı Güzlək”, “Quruçay” yataqlarının istismarına icazə verilməsi planlaşdırılır

İşğaldan azad edilmiş ərazilərdə mineral-xammal ehtiyatlarının qiymətləndirilməsi nəticələrinə görə Füzuli rayonu ərazisində yerləşən Quruçay qum-çınqıl yatağının, Dövlətyarlı əhəngdaşı yatağının, Dilağardı əhəngdaşı yatağının istismar olunduğu, Cəbrayıl dağətəyi düzənliyi yeraltı su hövzəsinə daxil olan Füzuli yeraltı su yatağında yeraltı şirin su quyularının tamamilə məhv edildiyi, rayon ərazisində mövcud olmuş bütün kəhriz sistemləri dağıdıldığı qeydə alınıb.

Bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupun Füzuli Hava Limanının inzibati binasında keçirilən iclasında deyilib.

Füzuli rayonu ərazisinin geoekoloji və radioaktivlik şəraitinin qiymətləndirilməsi məqsədilə kompleks geoloji tədqiqatların aparıldığı, Füzuli şəhəri və ətraf ərazilərin radioaktivliyi qiymətləndirildiyi diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə tikinti quruculuq işlərinin həyata keçirilməsi məqsədilə tikinti materiallarına olan tələbatın ödənilməsi üçün Füzuli rayonu ərazisində yerləşən “Dövlətyarlı” əhəngdaşı yatağının, “Aşağı Güzlək”, “Quruçay”, qum-çınqıl yataqlarının istismarına icazə verilməsi planlaşdırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər