Bu yaxınlarda Füzulinin Pirəhmədli və Qaraxanbəyli kəndlərinin tikintisinə başlanılacaq.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Füzulidə işsizlik səviyyəsi 9 faizdən aşağıdır.
“Bu onu göstərir ki, artıq Füzuliyə həyat qayıdıb”.