İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfərindən video paylaşan müğənni Manaf Ağayev və onunla birgə gedən iş adamı Sənan Hüseynov həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.