10 C
Baku
Sunday, December 22, 2024

Fyuçers müqavilələri ilə ticarət

Fyuçers alıcısı əvvəlcədən müəyyən edilmiş baza aktivini müəyyən edilmiş gündə, müəyyən edilmiş qiymətə almalıdır. Beləliklə, fyuçers müqaviləsində baza aktivinin sayı, öhdəliyin icra edilməsi tarixi və müqavilənin dəyəri göstərilir. Müqavilənin həyata keçirilməsinə isə hər iki tərəfdən sığorta depoziti qəbul edən fond birjası zəmanət verir.

Baza aktivi qismində isə qiymətli kağızlar, pul valyutaları, müxtəlif məhsullar, fond indeksləri və faiz dərəcələri çıxış edə bilər. Fyuçers müqavilələri ilə ticarət xüsusi platformalarda həyata keçirilir. Birja ticarətə başlamamışdan öncə fyuçersin spesikikasiyasını yoxlayır.

Fyuçers müqavilələrinin aşağıdakı növləri ola bilər:

  • “deliverable futures” – baza aktivinin fiziki çatdırılmasını nəzərdə tutur;
  • hesablaşma fyuçersləri – buraya çatdırılma daxil deyil, öhdəliyin icra edilməsi tarixi və müqavilənin imzalanma qiyməti arasında fərqlərin əldə edilməsini nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, birjanın fyuçerslərlə bağlı spekulyasiyası dünya iqtisadiyyatı üçün vacib əhəmiyyət daşıyır. Varlanmaq arzusunda olan çox saylı birja ticarətçiləri aktivləri ucuz əldə edir, baha satır və kiçik satışlar həyata keçirirlər. Bununla yanaşı, onlar birja alətlərinin dəyərlərinə təsir edirlər. Bu zaman ucuz aktivlər bahalaşır, baha aktivlər isə ucuzlaşır.

Son xəbərlər
Digər xəbərlər