23 C
Baku
Friday, April 19, 2024

Fyuçerslərin yaranma tarixi

Fyuçers (ing. futures) – derivativ (törəmə) maliyyə alətidir və özlüyündə müəyyən aktivin gələcəkdə müəyyən qiymətə satılıb, yaxud alınmasını əks etdirir. İlk fyuçers birjası Yaponiyanın qədim paytaxtı olan Osaka şəhərində yaranıb. Hələ orta əsrlərdə yerli kəndlilər gələcəyin məhsulu olan düyü ilə ticarət əməliyyatlarını həyata keçirirdilər. Lakin fyuçers ticarəti yalnız bir neçə əsr keçdikdən sonra keyfiyyətli inkişaf mərhələsinə çıxmışdır. 

19-cu əsrin ortalarında Çikaqo ABŞ-ın, orta qərbin nəhəng kommersiya mərkəzinə çevrilir. Bu uyğun coğrafi vəziyyət və kifayət qədər inkişaf etmiş infrastruktur (teleqraf, dəmir yolu) sayəsində baş verdi. Bu zaman amerikalı ixtiraçı Sirus McCormick taxıl üçün yeni taxıldöyən qurğu ixtira edir. Bu qurğu isə öz növbəsində fermer təsərrüfatında məhsuldarlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq imkanı yaradır.

Bu zaman belə bir vəziyyət yaranır: bir çox fermerlər Çikaqoya gələrək öz taxılını dilerlərə satmaq üçün gəlirlər. Bazarda məhsulun qiymətləndirilməsi üçün hər hansı prosedur olmadığından, dilerlər öz qorxu və riskləri hesabına işləməli olurdular. Tələb və təklif arasındakı balansın pozulması məhsulun dəyərinə təsir edir, malın və yaxud taxılın daşınması ilə bağlı çoxlu suallar yaranmaqda idi.

Bütün bunlar ticarətçilər və fermerlər arasında məhsulun çatdırılmasını təxirə salan müqavilələrin imzalanmasına səbəb oldu. Fermerlər payız və yaxud qışda məhsulunu dilerə satır və onun daşınmasına şərait yaranana qədər saxlamaq öhdəliyi alırdı. Bununla yanaşı, ticarətçilər qış mövsümündə məhsulun dəyərinin enməsi riski ilə üz-üzə idilər.

1848-ci ildə Çikaqonun ilk məhsul birjası olan Board of Trade of the City of Chicago yaradılır. Birjanın yaradılmasından 3 il sonra 75 ton qarğıdalının tədarükü ilə bağlı ilk fyuçers müqaviləsi imzalanır. Tezliklə açıq-aşkar bəlli olan faydalar səbəbindən fyuçers müqavilələri Orta qərb ərazisində əhəmiyyətli dərəcədə geniş yayılır.

Fyuçers alıcıları çatdırılmadan imtina edərək bu hüququ üçüncü bir şəxsə həvalə edə bilərdilər. Fermerlər də öhdəliklərini digər məhsul satıcılarına həvalə edəərk müqavilədən imtina edə bilərdilər. fyuçerslər mənfi hava şəraitlərində dilerlərə yaxşı pul qazanmaq imkanı yaradırdı. Fermerlər isə bazarda məhsuldarlığın dəyəri endikdə yaxşıca qazanırdılar.

Son xəbərlər
Digər xəbərlər