Gələcək on ildə sizə uğur qazanmağa kömək edəcək əsas beş bacarıq

Gələcək on ildə uğur qazanmağa kömək edəcək əsas beş bacarıq hansılardır? Bu suala “Financial Times” mütəxəssisləri cavab veriblər.

2020-ci illər – iş yerinin və karyeranın digər infrastrukturunun rəqəmsal transformasiyasının sürətlənəcəyi bir dövrdür. Peşəkarlar köklü dəyişikliklərə daha tez uyğunlaşmalı, iş yerlərini dəyişməyə və bir komandadan digərinə keçməyə hazır olmalıdırlar. Tələb bacarıqlar o qədər sürətlə dəyişəcək ki, “iyirminci illərin” sonlarında işdən azad olunma formaları tamamilə fərqli olacaq.

“Bazarı diqqətlə izləmək və bu gün hansı bacarıqların tələb olunduğunu vaxtına başa düşmək lazımdır”, – Columbia Universitetinin Peşə Tədqiqatları Məktəbinin dekanı Jason Wingard bildirir.

Adaptasiya olmaq bacarığı

Birgə istehlak iqtisadiyyatı böyüdükcə şirkətlər yerinə yetirdikləri funksiyaların bir qismini digər şirkətlərə ötürəcəklər ki, bu da bazarda ştatdan kənar işçi payının artacağı deməkdir. Bu mütəxəssislər müvəqqəti işəgötürənlərin korporativ mədəniyyətlərinə mümkün qədər tez uyğunlaşmalı, çevik və güzəştə getməyə hazır olmalıdırlar.

“Uyğunlaşmaq bacarığı 2020-ci illərin ən vacib peşə bacarıqlarından biridir. “Bumerlər” və X nəsli yeni dövrün tələb etdiyi qədər çevik deyil”, – Wingard qeyd edir. Onun sözlərinə görə, hazırkı yetkin mütəxəssislər uzun müddət ərzində eyni işləri icra edirlər və dəyişikliklərin kəskin deyil, tədricən baş verməsini istəyirlər. Bu baxımından onlar milleniallar və karyera sahəsində daha cəsarətli təcrübələrə hazır olan Z nəsli ilə rəqabət apara bilmirlər.

Gənclər üçün dəyişiklik ağır yük deyil, əksinə – əlavə fürsətdir. Ekspertlər qeyd edirlər: “Həyatdan nə istədiyinizi düşünün və kiçik ara verməyə qərar verin. Bunu başa düşməzdən əvvəl dəyişikliklər artıq böyük olacaq”.

Yaradıcılıq

Mütəxəssislərin fikrincə, yaradıcılıq mediadan tutmuş nəqliyyat sahəsinə qədər ən çox tələb olunan bacarıqlardan biri olacaqdır. Şirkətlər yeni texnologiyalarla işləməyi bacaran, eyni zamanda iş ilə əlaqəli olan suallara yaradıcı cavab verməyə hazır olan işçilər axtaracaqlar. Maşın həllərini “canlandırmaq” bacarığı işəgötürənlər tərəfindən yüksək qiymətləndiriləcək.

“Yaradıcılığı strategiyanıza çevirin. Bu sizə və şirkətinizə kömək edəcək”, – deyə Wingard təklif edir. CNN-nin Avropa, Yaxın Şərq və Afrikadakı rəqəmsal bölməsinin direktoru təsdiq edir: işəgötürənlər “hər zaman dərindən düşünən, uzaqgörən və müzakirələrdən çəkinməyən insanlar axtarışındadırlar”. “Yaradıcılıq geniş şərh tələb edir, bəzən yeni fikirlər, bəzən köhnə fikirlərin yaradıcı inkişafını nəzərdə tutur. Bu bacarıq mütləq dahi olmağınız demək deyil”, – menecer əlavə edir.

Emosional intellekt

Emosional intellekt və ya “soft skills” 2020-ci illərdə karyera inkişafı üçün vacib olan əsas bacarıqlardan biri olacaq. Empatiya göstərməyi, həmsöhbətini dinləməyi və komandada işləməyi bacaran işçilər yüksək qiymətləndiriləcəklər.

“İşəgötürənlər emosional intellekti yüksək olan işçilər axtarırlar. Emosional intellekt dedikdə, ünsiyyət qurmaq və məsələləri birgə həll etmək bacarığı nəzərdə tutulur”.

“Adətən yüksək effektiv işçiyə çevrilmək üçün insana 3-5 il vaxt tələb olunur. Lakin əgər siz kollektivə tez uyğunlaşa, düzgün suallar verə və şəxsi statusunuzu yüksəkdə bilirsinizsə, bu müddət doqquz aya qədər azala bilər”, – mütəxəssislər qeyd edirlər.

Texnologiyaları bilmək

Günü-gündən qadjetlərin və onlara quraşdırılan proqramların sayı daha da artır və bütün yeniliklərdən xəbərdar olmaq olduqca çətindir. Buna baxmayaraq, “İT okeanında üzmək” in 2020-ci illərdə ən çox tələb olunan bacarıqlardan biri olacağı güman edilir.

Bir çox sahələrdə virtual və əlavə reallıq arasındakı fərqin nədən ibarət olduğunu bilməyiniz, o cümlədən süni zəkanın ayrı-ayrı növləri haqqında məlumatlı olmağınız faydalı ola bilər.

Süni zəka alqoritmlərini tətbiq etməyi bacaran peşəkarlara tələbat yüksək olacaq. “2025-ci ilə qədər texnologiyalar həyatımızın bir parçası olacaqlar və onlar olmadan yaşamaq mümkün olmayacaq”.

Şəxsi brend

Növbəti on illikdə işçilər şəxsi brend qurma bacarığına ehtiyac duyacaqlar, çünki rəqəmsal ekosistemdə rəqabət işçinin əvvəlki layihələrdə qazandığı ad əsasında aparılacaq. Eyni zamanda mütəxəssislər onlayn işlərin artacağını proqnozlaşdırırlar.

“Sizin yalnız özünüzü inkişaf etdirməyiniz kifayət deyil, eyni zamanda ətrafınızdakı insanlara özünüzü təqdim edə bilməyiniz vacibdir. Çalışın nüfuzlu insanlara ünsiyyət qurun və sizə şəxsi brend qurmağa kömək edəcək mentora müraciət edin. Bu, 8-10 nəfərdən ibarət olan idarə heyəti kimidir, onlar sizə tərəqqini dəstəkləməyə və inkişaf etdirməyə kömək edəcəklər”.