34 C
Baku
Wednesday, August 17, 2022

Gələn ay AMB, BFB və “EY” birlikdə onlayn təlim keçirir

5-6 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Bakı Fond Birjası və “Ernst & Young” (EY) şirkəti tərəfindən kiçik və orta biznes (KOB) subyektləri üçün “Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və İlkin Kütləvi Təklif” mövzularında sertifikatlı onlayn təlim keçirələcək.

2 günlük təlimdə Mərkəzi Bankın və Bakı Fond Birjasının əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə daxil olma proseduru, fond birjasında listinqin üstünlükləri və listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlərlə bağlı ətraflı məlumat veriləcək.

Eyni zamanda “EY” əməkdaşları tərəfindən “İlkin Kütləvi Təklif”, KOB subyektlərinin üzləşdiyi ümumi problemlər, təklif olunan həll yolları və Avropa Yenidənqurma və İnkişaf Bankının “Maliyyə İdarəçiliyinin İnkişafı Proqramı” mövzularında çıxış nəzərdə tutulur. Həmçinin Bakı Fond Birjası “Listinq Məsləhət Proqramı” çərçivəsində yerli şirkətlərin kapital bazarından maliyyələşmə sahəsində təcrübələrini təlimdə iştirak edəcək şirkət nümayəndələri ilə bölüşəcəkdir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən kapital bazarı sahəsində məlumatlıq səviyyəsinin artırılması, yerli biznes mühitində kapital bazarından maliyyəşmənin təbliği və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

 

Son xəbərlər
Oxşar xəbərlər