Gələn ay metro və avtobuslar həftəsonları işləməyəcək – QƏRAR

Nazirlər Kabineti xüsusui karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı qərar qəbul edib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.