17 C
Baku
Sunday, May 19, 2024

Gələn ay “Rabitəbank”ın səhmdarları toplaşır

“Rabitəbank” ASC-nin müşahidə şurasının 16 aprel 2024cü il tarixli qərarına əsasən 17 may 2024cü il saat 17.00-da bankın səhmdarlarının növbədənkənar ümumi iclası keçiriləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə bankın elanında bildirilir.

Ümumi yığıncağın gündəliyinə bunlar daxil edilir:

  1. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrinin yeni redaksiyada təsdiq edilmiş Banklarda Korporativ İdarəetmə standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə yenidən baxılması.
  2. Təşkilati və cari məsələlər.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər