1 C
Baku
Monday, February 26, 2024

Gələn aydan əmanət faizləri vergiyə cəlb edilə bilər

Gələn aydan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb edilə bilər.

Sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilib.

Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddətinin artırılması ilə bağlı hələ ki, heç bir yenilik yoxdur, Milli Məclisə müvafiq qanun layihəsi daxil olmayıb.

Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər