3 C
Baku
Şənbə, Yanvar 22, 2022

Gələn həftə Putinlə Makron arasında danışıqlar olacaq

Fransa prezidenti Emmanuel Makron gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

TASS xəbər verir ki, danışıqlar Ukraynadakı vəziyyətlə bağlıdır.

Makron bu bəyanatla Yelisey sarayında Fransanın 2022-ci ilin birinci yarısında Avropa İttifaqına sədrliyi zamanı prioritetlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

“Avropa ölkələri Ukraynadakı münaqişəni müstəqil həll edə bilməz, çünki bu, həm də digər dövlətlərin xoş niyyətindən asılıdır”, – Makron bildirib.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər