6 C
Baku
Thursday, November 7, 2024

Gələn il ərzaqlıq buğda istehsalı üçün 800 mln. manat ayrılacaq

“Gələn ilin dövlət büdcəsində ərzaqlıq buğda istehsalı üçün 800 mln. manat vəsait ayrılır. Bu, sevindrici haldır”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Eldar İbrahimov deyib.

“İlk dəfədir ki, ərzaqlıq buğda istehsalı üçün bu qədər vəsait ayrılır. Bundan başqa, kənd təsərrüfatına da ayrılan vəsaitin bundan öncəki büdcə zərflərindəkindən çox olması iqtisadiyyatımızın inkişafını göstərir”, – deyə deputat bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər